SON XƏBƏR

Elman Rüstəmov devalvasiyadan əvvəl 700 milyon kredit götürüb

Sentyabr 11
00:47 2017
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu məlum olub.

Qlobal.az virtualaz.org-a istinadən xəbər verir ki, devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
 
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün "Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.
 
Azərbaycan iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə görünür və təəccüb doğurur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook