SON XƏBƏR

Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni

Mart 28
12:05 2019
Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarin çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.

Konfransda "Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, "Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, "Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, "Estetik ideal və bədii mahiyyət”, "Qadınların ayağının altındakı cənnət ("Almaz” filmində gender problemi)”, "Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook