SON XƏBƏR

Elmi tədqiqat institutlarının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyənləşdirilib

İyun 21
07:02 2017
Nazirlər Kabineti "Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib:

- təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;
- elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı;
- kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;
- məsləhət-konsaltinq xidmətləri;
- ödənişli laboratoriya testləri və sınaq işləri;
- layihə və müsabiqə sənədlərinin hazırlanması;
- elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;
- informasiya xidmətləri;
- sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi;
- elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və
xidmətlərin göstərilməsi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook