SON XƏBƏR

Elmi-Tədqiqat Pediatriya İnstitutunun işdən çıxarılan şöbə müdiri Gülşən Qəhrəmanova narazıdır

Fevral 14
16:45 2024
OMD adı ilə tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Gülşən Qəhrəmanova işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun işdən çıxarılması bir müddət əvvələ təsadüf edir. 

Gülşən Qəhrəmanovanın işdən çıxarılmasının səbəbləri bəlli olmasa da, keçmiş şöbə müdirinin qərardan narazı olduğu bildirilir. Məlumata görə, Gülşən Qəhrəmanova işə bərpa tələbi ilə İnstitutu məhkəməyə verib. 

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Gülşən Qəhrəmanova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Abdıyev iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Qəhrəmanova K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların patologiya şöbəsinin müdiri vəzifəsində işləyib. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxovadır. Aynur Poluxova direktor vəzifəsinə 2023-cü ilin dekabrında təyin olunub. 

OMD-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook