Elmimizin, təhsilimizin xiffətini çəkən insan Və ya sözün bütün mənalarında ziyalılıq örnəyi
İyun 15
16:39
2016
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır ...
Şahlar müəllimin 75 illiyi ərəfəsində onu təbrik etmək üçün necə səciyyələndirəcəyim barədə uzun–uzadı düşünərkən istər-istəməz "Uzaq sahillərdə” filmindən alman zabitinin Mixayloya ünvanladığı bir epizod yadıma düşdü: "Bilmirəm sən rəssamsan, yoxsa ki, kəşfiyyatçı?” Indi, zabitin sözü olmasın Şahlar müəllim fizikdir, pedaqoqdur, psixoloqdur, fizioloqdur, filosofdur və ya ictimai- siyasi xadimdir sualı ətrfındakı düşüncələrimdə belə qənaətə gəlirəm ki, Şahlar müəllim mənim nəzərimdə ixtisas və fəaliyyət dairəsindən asılı olmayaraq elmimizin, təhsilimizin xiffətini çəkən, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalıdır.
Yəqin ki, çoxları xatırlamamış deyillər ki, ötən ayın ortalarında hətta bir çoxlarının gözləmədiyi halda Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilməsi əsas gətirilərək "Elm haqqında" qanun layihəsindən çıxarılmışdı.
Düzü çox məyus olmuşdum. Müharibə şəraitində olan Azərbaycan üçün bu, normal hesab olunsa da, ölkənin düşünən beyinlərinin cəbhəyə, səngərə göndərilməsi ilə bağlı fikirlər haçalanırdı. Digər tərəfdən, onsuz da ağır günlərini yaşayan elmimiz üçün maqistr və doktorantlara möhlət hüququ verilməsi qocalma prosesi keçirən elmimizə gənclərin axını və yeni nəfəs gəlməsi baxımından bir stimul ola bilərdi. Doğurdanmı bu barədə düşünən olmayacaq, elmimizin gələcək perspektivlərinə biganəlik göstəriləcək... kimi suallar məni rahat buraxmırdı.
Məyusluğum çox çəkmədi. Elə həmin günü Şahlar müəllimin təəssüf və hiddət saçan, ürək ağrısı ilə paylaşdığı "Elmin "kranı" bağlandı. Elmin suyu axmaz. Elmin taleyi qızlara qaldı...Təhsil trayektoriyasını qırmaq olmaz. Qıranda çolaq elm alınır” kimi reaksiyası məni ümidləndirdi, ziyalılarımızın, geniş ictimaiyyətin belə bir taleyüklü məsələyə biganə qalacağı barədə şübhələrimi dağıtdı.
Heç bir neçə gün keçmədi ki, Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsinin daxil olması barədə xəbər mətbuatda geniş yer aldı. Prezident tərəfindən təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xdimət və hərbi vəzifə haqqında" Qanuna dəyişiklik təklif olunurdu. Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulurdu.
Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim. Ahıl yaşlı bu insan sanki, uşaq kimi sevinirdi, mənə necə təşəkkürünü bildirmək üçün çaşıb qalmışdı: "Ay şadxəbər olasan Nadir...” Adamda elə təəssürat yaranırdı ki, elə bil bu insanın əzizinə, doğmasına hərbi xidmətdən möhlət hüququ verilib, elə bil bu insanın hansısa əzizi, doğması maqistraturaya, doktoranturaya qəbul olunub.
Səhəri gün mətbuat səhifələrində Şahlar müəllimin sevinc, fərəh, qürur, minnətdarlıq dolu sətirlərini oxudum:”Elmin kranı açıldı, suyu gəldi. Elm meydanına igidlər daxil oldu. Elmin trayektoriyası qırılmaz daha. Elmimiz çolaq olmaz, daha. Ustadına rəhmət !!! "
Bəli, kiməsə adi görünən, kiməsə ecazkar təsir bağışlayan sadə ziyalıl anlayışı bir çoxlarının düşündüyü kimi elmi dərəcələrlə, tutduğu vəzifə və qazandığı titullarla, orden və medallarla ölçülmür. Ziyalılıq vətəninə, torpağına bağlılıqdır, elınə, obana sədaqətlilikdir, millətinin, xalqının dərdinə, qayğılarına şərik olmaqdır. Şahlar müəllimin nə vəzifəyə, nə titula, nə də yeni karyera yüksəlişinə ehtiyacı yoxdur, o bütün bu yolları keçib, lazım olduğundan da artığına nail olub. Onu düşündürən elmimizin, təhsilimizin daha da inkişaf etdirilməsində imkanı daxilində öz töhfəsini vermək, bu ışdə müəyyən pay sahibi olmaq, bu sahədə yetişməkdə olan gənc nəslə dəstək verməkdir. Onun arzusu doğulub boya-başa çatdığı azərbaycanını dünya elminə tönfə verən qabaqcıl ölkələr sırasında görməkdir.
Dünən "İdrak” liseyində 2015-2016-cı tədris ilinin "son zəng”ində liseyin məzunlarının yola salınma tədbirində bir yerdə idik. Mərasimin rəsmi hissəsindən sonra Şahlar müəllim üzrxahlıq istəyərək tədbir başa çatmamış getməsini təvəqqe etdi. Başqa tədbrə dəvətli idi, Öz iştirakı ilə söz verdiyi digər kollektivə də dəstək vermək, xeyir-duasını bildirmək istəyirdi...
Fürsətdən istifadə edib hamımız üçün əziz olan və əzizimiz Şahlar müəllimin ad günü ilə üst-üstə düşən ümumxalq bayramı – Milli Qurtuluş günündə bütün xalqimizi, o cümlədən də Şahlar müəllimi təbrik edirəm, həyat və yaradıcılığında yeni uğurlarla yanaşı bütün səy və istəklərinin çin olmasını arzulayıram. Professor Səlahəddin Xəlilovun təbirincə desəm Şahlar müəllim həmişə dövlətçiliyə xidmət edən adam olub və dövlətimizin də onun bu xidmətlərini unutmadığını düşünürəm.
Həyatın mənası yalnız ondadır ...
Bəxtiyar Vahabzadə

Nadir İsrafilov, Təhsil eksperti
Qlobal.az