SON XƏBƏR

Elnur Allahverdiyevlə bağlı ilginc iddialar - İTTİHAM

May 21
09:38 2020
Bu ilin fevralında keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi dəstəklənən və deputat mandatı qazanan Elnur Allahverdiyevin qaranlıq keçmişi şübhəli siyasi bioqrafiyası yenidən medyanın gündəmini zəbt edib.

Hansı yollarla YAP siyahısına düşdüyünü dəqiq bilməsək də zamanında atası Marat Abdullayevin ümummilli lider Heydər Əliyevin qatı əleyhidatrı olduğu,barəsində sərt çıxışlar etdiyi barəsində bilməyən yoxdur. Rubrika.Az-a daxil olan məlumata görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, "Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev bir zamanlar Heydər Əliyevə qarşı müxalif mövqeyi ilə tanınıb, hətta ümummilli lider barəsində kəskin ifadələr də işlədib. Lakin sonradan E.Allahverdiyev atasından fərqli olaraq qəflətən YAP-ın funksionerinə çevrilməyi bacarıb. Amma,necə deyərlər heç kim və heç nə unudulmur!

Ümumiyyətlə E.Allahverdiyevin keçdiyi yollarda qaranlıq məqamlar kifayət qədərdir. Rubrika.Az-a daxil olan məlumatda bildirilir ki, keçmiş "MTN çetesi” ilə olduqca sıcaq münasibətləri olan E.Allahverdiyev sabiq milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Sonradan bu münasibətlər ortaqlığa qədər irəliləyib. E.Əliyev uzun müddət dostunun sahibi olduğu "Kontakt Home” mağazalar şəbəkəsinə "krışalıq” edib. Bu işbirliyi onların hər ikisinə külli miqdarda pul qazandırsa da sular bulanan vaxt zamanın nəbzini tutmağı yaxşı bacaran E.Allahverdiyev "MTN işi”ndən də sudan quru çıxmağı bacarır.
Təkcə siyasi fəaliyyətində deyil,iş həyatında da E.Allahverdiyev cəmiyyətdə müsbət ampulada tanınmayıb. Xatırladaq ki, E.Allahverdiev "Azercell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin-"ABC-Telekom” MMC-nin sahibidir.Eyni zamanda "Kontakt Home”nin adını çəkmək kifayətdir ki, deputatın biznes fəaliyyəti gözlər önündə canlansın. Media üzərindən qısa araşdırma aparsaq "Kontakt Home”nin adının hallandığı yüzlərlə qalmaqalın şahidi olarıq. Rubrika.Az-a daxil olan məlumatlarda bildirilir ki, "Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlara, özabşınalıqlara, istehlakçıların hüquqlarını pozmağa yol verilir. "Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair "kredit” müqaviləsi alıcı ilə "ABC-Telekom” MMC arasında bağlanılır. Niyə məhz "ABC-Telekom” MMC? "Kontakt Home” mağazalar şəbəkəsi faizsiz reklam fırıldağı ilə vətəndaşları aldadaraq cəlb edir,ancaq əslində isə heç bir faizsiz kampaniyadan söhbət gedə bilməz. Əksinə, bütün mallara əlavə olaraq 15, 26, 31 faiz malın üzərinə əlavə olunur. Vətəndaşlar da yalançı reklama aldanaraq özləri də bilmədən bu şirkətin qurbanına çevrirlir.

Göründüyü kimi istər siyasi,istərsə də biznes fəaliyyətində qaranlıq məqamlar üstünlük təşkil edən E.Allahverdiyev deputat mandatı qazanmaqla keçmişini pərdələmək istəyir. Amma tarixin gedişini dəyişmək mümkün deyil. Bir gün həqiqətlər dil açıb danışanda bir zamanlar "Azərnəşr”də olan söhbətlər,mübahisələr də xatırlanacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook