SON XƏBƏR

Elsəvər Ağayevə məxsus olduğu iddia edilən MMC 2.2 milyonluq tenderi uddu

Sentyabr 06
21:26 2023
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laboratoriya şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni səyyar fitosanitar laboratoriyasının qurulması, nümunə götürmə və daşınma sisteminin yaradılması, biotəhlükəsizlik səhra laboratoriyasının fəaliyyətinin təmin edilməsi, böhran vəziyyətinin idarə olunması üçün dəstin alınması və maddi-texniki bazanın təkmilləşdirilməsi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "SEM-AZ” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 265 922,14 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.

Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. "SEM-AZ” MMC-yə gəlincə, mediada gedən məlumatlarda şirkət "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir.

Məlumatlara görə, Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə "SEM-AZ” MMC-nin qalib seçilməsi "Arash Medical”a yaxınlığı ilə bağlıdır. "Arash Medical” MMC-nin keçmiş spiker Oqtay Əsədovun qardaşı oğluna məxsus olması barədə iddialar var. Lakin bəzi mənbələrdə şirkət səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlılığı qeyd edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook