SON XƏBƏR

"Çelsi" "Qarabağ"la oyun ərəfəsində problemlə üzləşib

Noyabr 10
17:00 2017
İngiltərənin "Çelsi” komandası futbol üzrə Çempionlar Liqasının V turunda "Qarabağ”la keçirəcəyi görüş ərəfəsində problemlə ilə üzləşib. 

"Report” RTBF telekanalına istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib.

Noyabrın 10-da Meksika, noyabrın 14-də isə Yaponiya ilə görüşlər üçün yığmaya dəvət alan 24 yaşlı forvard məşq zamanı xəsarət alıb. Futbolçu rentgen müayinəsindən keçsə də, təkrar yoxlanış üçün "Çelsi”nin sərəncamına dönüb. Onun hansı müddətdə meydana çıxa bilməyəcəyinə dair məlumat yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Mişi Batşuayi "Çelsi”inin I turda "Qarabağ”ı Londonda 6:0 hesabı ilə məğlub etdiyi matçın 76-cı dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.
 
Bu kollektivlər arasında növbəti oyun noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook