"Elxan Məmmədov özünü nağıllar aləmində hiss edir" - SORĞU
Yanvar 30
13:48
2019
AFFA-nın baş katibi Elxan Məmmədov millimizin AÇ-2020-nin final mərhələsinə qatılmaq uğrunda mübarizə aparacağını deyib. Bəs görəsən, bu nə dərəcədə real arzudu? Yığma 3 qrup bir 1/4 final mərhələsi oyunu Bakıda keçiriləcək qitə birinciliyinə vəsiqə qazanacaq potensiala sahibdimi? Bu haqda ölkənin idman mətbuatında "külüng çalan" media mənsublarının fikirlərini öyrəndik.
Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Elxan bəyin həmin açıqlamasını yalnız "general olmaq istəməyən əsgər əsgər deyil” prinsipinə söykənəndə alqışlamaq olar. Bunu istək olaraq ortaya atmaq mümkündü, amma təbii ki, həfədə çatmaq real deyil. DÇ-2018-in seçmə turnirində Çexiya ilə Norveçi, Millətlər Liqasının seçmə turnirində isə Kosovonu qabaqlaya bilməyən komandanın belə yüksək hədəflərə boylanması tezdi. Final mərhələsinin 4 oyununun Bakıya salınması temperamentli Şərq kişisi üçün hər nə qədər stimullaşdırıcı iksir rolunu oynasa da, yaşıl meydanda elə mübarizə anı yetişir ki, ustalıq səviyyəsindən başqa hansısa iksir işə yaramır. Xorvatiya, Uels, Slovakiya və Macarıstan arasında ilk iki yerdən birini tutmaq potensialımız yoxdu. Bunu Azərbaycanda 7-dən 77-yə hər kəs anlayır. Elxan Məmmədovun dedikləri, sadəcə, reallığa söykənməyən arzudu. Hələ ki adı açıqlanmayan yığma çalışdırıcısı da Bakıya gələndən 3-5 gün sonra bunu anlayacaq. Fikrimcə, yığma gələcəkdə hansısa hədəflərə çatsa belə, addım-addım irəliləyəcək. Bizdə inqilabi nəticələr göstərməyə qadir potensial yoxdu".
Rəşad Ergün (komanda.az saytının redaktoru): "Elxan Məmmədov özünü nağıllar aləmində hiss edir. Hərdən mənə elə gəlir ki, bu adamın ölkə futbolundan zərrə qədər xəbəri yoxdur. Məsələn, azərbaycanlı futbolçuların, Azərbaycan millisinin potensialını bilmir. Adamın baş katibliyi dövründə dünyada nə qədər mənasız, səviyyəsiz, həvəskar futbolçu varsa, "milliləşdiriblər”, doldurublar Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına. Bütün bunların üzərinə bir də "millimiz AÇ-2020-də olmalıdır" demək üçün adamda üz olmalıdır. Gördüyünüz kimi, o üz də Elxan Məmmədovda var. Azərbaycanlıların yaxşı bildiyi bir məsəl var: Nəynən, Alış? Bax, Elxan Məmmədov indi o Alışın yerindədir”.
Vüsal Mahmudov (futbolinfo.az saytyının baş redaktoru): "Düz deyib. Oynayıb 0:8 uduzmaq da mübarizə sayılır. Və bunu San Marino, Cəbəllütariq də edəcək. "Vəsiqə qazanacaq" desəydi, qeyri-adi olardı. Vəd deyil, olacağın təsviridi”.
Ceyhun Rzayev ("Xəzər” televiziyasının əməkdaşı): "Elxan Məmmədovun özü də dediyinə inanmır. Açıqlaması reallıqdan uzaq, heç bir məntiqə sığmayan, ictimaiyyəti şirin vədlərə inandırmaq cəhdidir. Bu qədər”.
Ruslan Mikayıllı (azerisport.com saytının əməkdaşı): "Qısa deyəcəm, indiki durumda bu real gorünmür. Millətlər Liqası qurpunu aşa bilməyen komanda Xorvatiya, Uels kimi milliləri keçmək iqtidarında ola bilmez. Yaxşısı odur ki, AVRO-2020-də ev sahibliyi edəcəyimiz oyunlara hazırlaşaq və gələcəyin komandasını quraq. Təbii, yeni baş məşqçinin adi bəlli olandan sonra”.
Amal Abışov (Sport7.az saytının əməkdaşı): "Mən Elxan Məmmədovun ağıllı və tədbirli adam olduğuna şübhə etmirəm. Əvvəllər futboldan bixəbər idi. Artıq uzun müddətdi ki, AFFA-nın baş katibidi, futbolun içindədi. Bəzi şeyləri öyrənib, hazırkı futbolçu nəslinin də, millimizin də potensialına bələddi. Özü də bilir ki, onun dediklərinin reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdu. Tək o yox, ağlı başında olan istənilən ciddi şəxs Azərbaycan millisinin böyük turnirlərin final mərhələsinə düşəcək gücdə olmadığını bilir. Nəinki final mərhələsində oynamaq, yer aldığımız qrupda sonuncu olmamaq belə bizim üçün hazırda uğur sayılacaq. Bizi də bu günə elə Elxan Məmmədovun baş katibi olduğu qurum, yəni AFFA salıb. Təsadüfi deyil ki, Məmmədov tez-tez məsuliyyətdən yayınmaq üçün fikir dəyişdirir, gah İcraiyyə Komitəsini, gah da Məşqçilər Komitəsini hədəf göstərir, baş məşqçini onların seçəcəyini deyir. İşin əsli isə hamıya məlumdu. Vaqif Sadıqovu misal göstərək. Adam həm İK-nin, həm də MK-nın üzvüdü. Hər açıqlamasında yaxasını kənara çəkir, millinin baş məşqçisi olmağa namizəd göstərilən əcnəbi mütəxəssislərin kim olduğundan xəbərsiz olduğunu deyir. Bundan əyani misal nəyi göstərim? Sadıqov və digərləri də Elxan Məmmədovun günahına şərik olmaq istəmirlər. Yaxşı başa düşürlər ki, gec-tez AFFA-dan hesab sorulacaq, milyonların hesabını istəyəcəklər. Baş məşqçi hazırkı şəraitdə nəticə baxımdan həlledici faktor deyil. Fakt odu ki, Azərbaycan millisinə oynamağa hazır olan 11 demirəm, heç 4-5 yüksək səviyyəli futbolçumuz yoxdu. Bunun da məsuliyyəti AFFA-nın üzərindədi. Elxan Məmmədov bəhs edilən hədəfin qeyri-real, əlçatmaz olduğunu bilə-bilə futbol ictimaiyyətini ələ salmaqla məşğuldu. AFFA son dövrlərdə yalnız bir dəfə doğru kurs müəyyənləşdirmiş, qarşıya bu cür qeyri-real hədəf yox, mərhələli inkişaf planı qoymuşdu. Təəssüf ki, Qurban Qurbanovla birlikdə həmin strateji plandan da imtina olundu. Azərbaycan futbolu isə ildən-ilə geriliyir, uçurumun dibinə yuvarlanır”.
Pərviz Eltürk (rekord.az saytının əməkdaşı): "Azərbaycan yığmasının AÇ-2020-nin finalında oynaması gözəl arzudu. Amma reallıqdan çox-çox uzaqdı. Bu o halda mümkün ola bilərdi ki, Robert Prosineçki ilə AÇ-2020-nin sonunadək müqavilə imzalanardı. Yaxud da ondan sonra baş məşqçi postuna gətirilən Qurban Qurbanova ən azı qitə birinciliyinə qədər işləmək imkanı yaradılardı. Hazırda isə AÇ-2020-yə elə də çox böyük vaxt qalmayıb. İndiki məqamda AFFA rəhbərliyinin məhz baş məşqçi ilə bağlı qərarları çox yersiz oldu. Hələ də müəyyənləşməyən yeni baş məşqçi qarşıdakı 50 gün ərzində futbolumuza, Azərbaycan millisinə nə vaxt tam uyğunlaşacaq, bütün mentalitetə bələd olacaq ki, hələ bu komandaya uğur da qazandırsın. Yığmamızın potensialı da AÇ-nin final mərhələsində oynamağımıza imkan vermir. Millətlər Liqasının qrup mərhələsində özümüzdən də zəif komandalar arasında lider olmağı bacarmadıqsa, indi qitə birinciliyi ilə bağlı utopik xəyallar qurmağımız absurddu. Vaxt az, potensial yox dərəcəsindədi, hətta deyərdim, futbol təsərrüfatımız da belə bir uğura layiq deyil”.
Mənbə: Fanat.Az