Elxan Məmmədovun baş tutmayan planı: Onun AFFA prezidenti postuna yolu necə bağlanıb?
Dekabr 15
09:54
2023
Elxan Məmmədov AFFA prezidenti olmayacaq. Daha doğrusu, ola bilməyəcək.
Aut.az-ın əldə etdiyi məlumata görə, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktorunun Azərbaycan futboluna geri dönüş etmək istəyi baş tutmayıb. Yüksək dairələr Məmmədova etibar etməyiblər.
Bunun səbəbləri isə olduqca sadədir – 44 yaşlı funksioner nəinki futbol ictimaiyyəti arasında, hətta ölkədə mənfi imicə sahibdir. Elxan Məmmədovun ictimaiyyət arasında mənfi imicə sahib olması yuxarı dairələrin onun namizədliyinə "yox” deməsi üçün həlledici amil olub.
Təfərrüatlara gəlincə, ötən həftə "FİFA Elxan”ın Bakıya gəlişi barədə məlumatlısınız. Məmmədov iş yoldaşı, FIFA-nın baş katibi Fatma Somouranın başqa bir tədbirdə iştirak etmək üçün ölkəmizə səfər etməsindən maksimum yararlanmağa çalışdı. O, xanım funksionerlə bir sıra görüşlər təşkil etdi, çempionat oyununa baxmaq üçün şərait yaratdı. Məqsəd beynəlxalq əlaqələrini nümayiş etdirmək və reklamını gücləndirmək idi.
Elxan Məmmədov müxtəlif variantlarla əlini gücləndirməyə çalışırdı. Bəzi məqamlarda isə qardaşı Emin Məmmədova güvənməyə çalışırdı. Məhz onun əlaqələrindən istifadə edərək yüksək dairələrə özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Ancaq bu plan baş tutmayıb. Elxan Məmmədovun müsbət nüfuza sahib olmaması və onun haqqında müxtəlif iddiaların yayılması AFFA prezidenti olmaq istəyinin reallaşmasına imkan verməyib. Yuxarı dairələr Azərbaycan futbolunu belə mənfi obraza sahib olan şəxsə tapşırmağı məqsədəuyğun görməyiblər.
Yuxarı dairələrdən qətiyyətlə "yox” cavabı alan Məmmədov güya heç vaxt AFFA prezidenti olmaq fikrində olmadığı barədə informasiyalar yayır. Bununla futbol ictimaiyyəti və keçmiş komandası daxilində təsirini qorumağa çalışır. İndi onun yeni məqsədi var: FİFA-dakı kreslosunu itirməmək. Bu, qarşıdakı 4 il ərzində başını qatmaq üçün kifayət qədər tutarlı səbəbdir. Çünki ali futbol qurumundakı vəzifəsini itirəcəyi halda, heç kimə lazım olmayan, sıradan biri olacağını yaxşı anlayır.