Elza kitab çıxarır: “Mən dəlinin rəssamı”
Yanvar 12
19:24
2016
Əməkdar artist Elza Seyidcahan şeirlərindən ibarət kitab hazırlayır.
Axşam.az-a açıqlama verən müğənni kitabın "Mən dəlinin rəssamı” adlandığını bildirib:
"Şeirlərim rus və ingilis dilinə də tərcümə edilib. Kitab üç dildə işıq üzü görəcək. Kitabın adı da maraqlıdır: "Mən dəlinin rəssamı”. Çoxları elə başa düşür ki, bunun açması sevgilimdir. Amma oğlum Ələkbər kitabımın adını eşidən kimi başa düşdü ki, mən Allahı nəzərdə tutmuşam. "Mən dəlinin rəssamı” ancaq Tanrı ola bilər”.
E.Seyidcahan bu yaxınlarda sosial şəbəkədə yayılan "Şeytana papış” şeirindən də bəhs edib:
"Bu şeirim insanlar arasında daha da maraq doğurdu. Almaniyadan, İrandan şeirimlə maraqlanıblar, bəyəniblər. Bu da məni çox sevindirir”.