Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubu ilə cavab matçına çıxacaq
Avqust 02
08:37
2023
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.
İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.
Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3