SON XƏBƏR

Ən gənc icra başçısının tender "siftə"si

May 22
07:49 2021
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala Şəhər İnzibati Ərazi Nümayəndəliyi "Fotret-So” MMC ilə maliyyə dəyəri 18 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

Qlobal.az Hit.az-a istinadən xəbər verir ki, müqavilədə  küçələrin işıqlandırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Fotret-So” MMC-nin 22 fevral 2021-ci ilə tarixdə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Xətai rayonu, Babək prospekti, ev 79, mənzil 32-də yerləşən MMC-nin qanuni təmsilçisi Nəzərov Məmmədbağır Vüqar oğludur.

Açıq mənbələrdə nə "Fotret-So”, nə də Məmmədbağır Nəzərov haqqında məlumat var. Bu, şirkətin yeni yaranması ilə bağlı ola bilər. Reyestr sənədlərindən də görünür ki, şirkət cəmi 2 aydır yaradılıb və satınalma müsabiqələrində iştirak etməyib. Hər halda dövlət satınalmalarının vahid internet portalında "Fotret-So” MMC-nin bundan əvvəl tenderdə iştirakına dair hər hansı bilgi yoxdur.

"Dövlət satınalmaları haqqında” Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Cəmi iki ayın şirkətinin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook