Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən il 9 milyon manatdan çox zərər edib
İyul 07
14:12
2023
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ötən il mənfəətdən zərərə keçib.
Ötən il AERA-nın əməliyyat gəlirləri 2021-ci ilə nisbətən 3,1 dəfə azalaraq 4,5 milyon manat, əməliyyat xərcləri isə 14,7% artaraq 13,9 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə Agentliyin aktivləri 40,4% azalaraq 12,03 milyon manata enib, öhdəlikləri isə 77,5 % artaraq 3,03 milyon manata yüksəlib.