Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 2 dəfə azalıb
May 05
10:03
2022
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2021-ci ili 1,095 milyon manat mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2 dəfə azdır.
Ötən il AERA-nın ümumi gəlirləri 11,738 milyon manat (illik müqayisədə 6,3% az), inzibati və əməliyyat xərcləri 12,191 milyon manat (21,8 % çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 1,986 milyon manat (17,8 % çox), digər gəlirləri 9 min manat (2 dəfə az), digər xərcləri 447 min manat (2 676,6 dəfə çox), məzənnə fərqindən gəlirləri 2 min manat (2,8 dəfə az), məzənnə fərqindən zərəri isə 2 min manat (5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə AERA-nın aktivləri 20,187 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,8% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 71,9% artaraq 1,707 milyon manata, balans kapitalı isə 7% artaraq 18,6 milyon manata çatıb.