"Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək" - Türkiyə XİN
Mart 13
01:36
2024
Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız məlumat verib.
"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcəyik, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik", - deyə vurğulayıb.
Diplomat bildirib ki, Ərdoğanın aprel ayının sonuna qədər İraqa səfər edə bilər.