Ərdoğan Almaniyanın yeni kansleriylə danışdı: Aİ-yə daxil olma perspektivi
Dekabr 22
11:04
2021
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Almaniya kansleri Olaf Şolz ilə telefon danışığında Ankara ilə Aİ arasında münasibətlərin ölkənin Birliyə daxil olması perspektivinə əsaslanan müsbət gündəm çərçivəsində qurulmasının vacibliyinə işarə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” agentliyi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinə istinadən məlumat yayıb.
Ərdoğan Şolzu Almaniya federal hökumətinin başçısı vəzifəsinə başlaması münasibətilə təbrik edib. O, "iki ölkə arasında münasibətlərdə sağlam düşüncə və strateji baxışın bundan sonra da üstünlük təşkil edəcəyinə” əminliyini ifadə edib.
Türkiyə lideri iki ölkə liderləri arasında sıx koordinasiya və müntəzəm təmasların saxlanmasının məhsuldar olacağını vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-də Bundestaqda keçirilən səsvermədən sonra sosial demokrat Olaf Şolz Almaniyanın yeni kansleri seçilib. O, bu postda 16 il Almaniyada hakimiyyət başında olmuş Angela Merkeli əvəz edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” agentliyi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı tərəflər Türkiyə ilə Almaniya arasında əlaqələrin inkişafı istiqamətində atılan addımları, eləcə də regional məsələləri müzakirə ediblər.