SON XƏBƏR

"Ərdoğan BMT-nin sessiyasından sonra yenidən Putinlə görüşəcək"- Türkiyə KİV

Sentyabr 05
10:25 2023
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) rəsmi təmaslarından sonra yenidən görüşə bilərlər.
 
Bu barədə Türkiyə iqtidarına yaxın mətbuat xəbər verib.

Xəbərdə o da xüsusi olaraq vurğulanır ki, Türkiyə yaxın günlərdə Qara dəniz taxıl təşəbbüsünün bərpasına dair iki ölkə prezidentləri arasında Soçidə aparılan danışıqların nəticələri barədə BMT-yə məlumat verəcək.

Xatırladaq ki, BMT Baş Assambleyasının əsas tədbirləri sentyabrın 19-25-də keçiriləcək. İclaslarda dünya ölkələrinin liderləri və xarici işlər nazirləri bir araya gələcəklər. (Mənbə: Hurriyet.com.tr)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook