SON XƏBƏR

Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır - Zəngəzur dəhlizi müzakirə olunacaq

Noyabr 29
10:18 2023
Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.

"Report” xəbər verir ki, məlumatı "TRTHaber” yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatları da müzakirə ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook