Ərdoğan Camalanı təbdik etdi
May 16
16:37
2016
Ərdoğan bundan sonrakı sənət fəaliyyətində Camalaya uğurlar arzulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Eurovision 2016” musiqi yarışmasının qalibi olan Ukrayna təmsilçisi Camalanı birincilik münasibəti ilə təbrik edib. ANS PRESS-in məlumatına görə, prezidentə yaxın mənbələrdən bildirilir ki, müğənni Ərdoğanın təbrik zəngindən duyğulanıb və prezidentə öz təşəkkürünü bildirib.
Ərdoğan isə bundan sonrakı sənət fəaliyyətində Camalaya uğurlar diləyib.
Mayın 16-da İsveçin paytaxtı Stokholmda baş tutan "Eurovision 2016” musiqi müsabiqəsinin qalibi 534 xalla Ukrayna təmsilçisi Camala olub. 2-ci yerdə 511 xalla Avstraliya təmsilçisi Dami İm "Sound of Silence” mahnısı ilə, 3-cü yerdə isə 491 xalla Rusiya təmsilçisi Sergey Lazarev "You are only” mahnısı ilə qərarlaşıb.
Ukrayna təmsilçisi Camalanın ifa etdiyi mahnı 1944-cü ildə Krım tatarlarının deportasiya olunmasından bəhs edib. Ukraynanın yarışda ilk yeri tutması böyük rezonansa səbəb olub. Krımın baş nazirinin müavini Dmitri Polonski Kiyevin maliyyə imkanlarını istehza ilə xatırladaraq yarışın keçirilməsi üçün ölkənin qərb vilayətinin satılmasını təklif edib. Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk isə qazandığı uğur münasibətilə Camalanı təbrik edərək Krımın yenidən qaytarılacağına əmin olduğunu vurğulayıb.

Qlobal.az