SON XƏBƏR

“Ərdoğan əleyhinə nümayişlərin arxasında Rusiya dayanır” – KİV

Dekabr 07
11:53 2023
Sızdırılan sənədlərə görə, Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə təsir etmək üçün Avropada Ərdoğan əleyhinə nümayişləri manipulyasiya edib.

"AzPolitika.info” xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet” nəşrinin və Finlandiyanın "Yle” telekanalının əldə etdiyi kəşfiyyat hesabatlarına əsaslanan xəbərdə deyilir.

İddiya görə, Rusiyan üzvlük məsələsinin qarşısnı almaq üçün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan əleyhinə kampaniyalar aparıb.

Rusiya kəşfiyyatının Avropada planlaşdırdığı bu cür kampaniyalarla gərginliyi daha da artırmaq istədiyi bildirilir.

Sənəddə bu gərginliyin daha da necə artırıla biləcəyi ilə bağlı müxtəlif planlar sadalanır. Bu planlarda Avropanın böyük şəhərlərində Ərdoğan əleyhinə nümayişlərin, tanınmış yerlərdə İslam və Ərdoğan əleyhinə mümkün neqativ hərəkətlərin olacağı bildirilir.

Finlandiya Təhlükəsizlik Polisi (SUPO) Rusiya kəşfiyyatının planlarından xəbərdar olduqlarını təsdiqləsə də, əlavə şərh verməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook