Ərdoğan hakim partiya və hökumətdə dəyişikliklər edəcək
Aprel 05
13:48
2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra hakim Ədalət və İnkişaf Partiyasının kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.
"AzPolitika” xıbər verir ki, bu barədə "Hürriyet” qəzetinin məşhur köşə yazarı Abdulkadir Selvi yazıb.
Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri bir qədər əvvəl partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilmədiyini qeyd edib. Ona görə nəticələrin təhlil ediləcəyini bildirib.