Ərdoğan hökumətin iclasını keçirəcək
Noyabr 20
10:20
2023
Türkiyədə noyabrın 20-də Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
"Report” xəbər verir ki, iclasda Yaxın Şərqdəki durum müzakirə olunacaq.
Həmçinin, iqtisadi məsələlər və terrorla mübarizə də gündəlikdə olacaq.
Toplantıda Qəzza bölgəsində humanitar yardımın göndərilməsi barədə fikir mübadiləsi də aparılacaq.