Ərdoğan: "Şəhidimiz var, bunun cavabı veriləcək"
Yanvar 22
17:58
2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Sənaye Palatasının mükafatlandırma mərasimində Suriyanın Afrin şəhərində PKK terror təşkilatının qolu olan PYD-yə qarşı başlanan hərbi əməliyyatlara münasibət bildirib.
Qlobal.az Hürriyet-ə istinadən xəbər verir ki, Ərdoğan kürd vətəndaşlarla heç bir problemlərinin olmadığını deyib:
"Hatayda enerji stansiyasına edilən hücumda bir şəhidimiz var. Bunun cavabı veriləcək, verilir. Bizim mübarizəmiz kürdlərə qarşı deyil, kürd vətəndaşlarımızla heç bir problemimiz yoxdur. Biz terror təşkilatına qarşı mübarizə aparırıq. Məsələ terror koridorunu məhv etməkdir. İŞİD-lə mübarizəni bəhanə edərək PYD-yə dəstək verən ABŞ bu təşkilata hərbi yardım göstərdi. Bu mübarizədə silahların bizə qarşı istifadə edilməyəcəyini bilmirik. Əsgərlərimiz Afrində vəzifələrinə davam edirlər. Rusiya ilə bu məsələni müzakirə etmişik".
Prezident Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini, Suriya xalqının təhlükəsizliyi üçün mübarizə apardıqlarını və məqsədlərinin işğal olmadığını vurğulayıb. ABŞ-ın mövqeyini tənqid edən Ərdoğan bu dövlətin Afrin əməliyyatı barədə Türkiyədən vaxt tələb etməsinə qarşı çıxıb. O bildirib ki, ABŞ Əfqanıstanda uzun müddətdir mübarizə aparır və bu prosesin nə qədər davam edəcəyini əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür.
Türkiyə prezidenti çıxışının davamında ölkə daxilində və xaricində terrorçu təşkilatlara qarşı mübarizədə təcrübəli olduqlarını deyib və bu vəzifənin öhdəsindən gələcəklərini qeyd edib.