Ərdoğan Səudiyyə Ərəbistanının rüşvətini rədd etdi
Oktyabr 24
12:51
2018
Qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının Türkiyəyə vəhşiliyin üsütünün örtülməsi müqabilində bir sıra təkliflər etdiyi iddia edilib.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "New York Times" qəzeti məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən təklifləri siyasi korrupsiya kimi qiymətləndirərək rədd etdiyi bildirilib.
Xatırladaq ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğa gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib.