SON XƏBƏR

Ərdoğan Suriyada yeni hərbi əməliyyatın anonsunu verdi

Oktyabr 28
17:00 2020
Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkədəki terror təşkilatlarının Türkiyə sərhədlərindən uzaqlaşmaması halında ölkəsinin Suriyada yeni bir əməliyyat keçirilməsinin mümkünlüyünü nəzərdən keçirdiyini deyib.

Ərdoğan həmçinin ABŞ-ın Suriya-İraq sərhədi boyunca yeni bir müharibə bölgəsi yaratmağa çalışdığını da söyləyib.

Qaynarinfo xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında danışan Ərdoğan Türk hərbi qüvvələrinin Suriyanı bütün terror təşkilatlarından təmizləməyə qadir olduqlarını dilə gətirib.

Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər Türkiyə Suriyada üç hərbi əməliyyat keçirib. Bunlardan birincisi "Fərat qalxanı", ikincisi "Zeytun dalı", üçüncüsü isə "Barış pınarı" adlandırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook