Ərdoğan: "Türkiyə doğru yoldadır"
Yanvar 05
00:41
2022
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının genişləndirilmiş toplantısında çıxış edərək ökədəki iqtisadi vəziyyətə toxunub.
Ərdoğan bildirib ki, Türkiyə hökuməti xalqı valyuta bazarındakı çalxalanma və süni qiymət artımı yükündən azad etməkdə qərarlıdır.
"Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını ala bildik. Ümid edirik ki, ən qısa müddətdə inflyasiyanı da nəzarət altına ala biləcəyik və o zaman ölkə layiq olmadığı vəziyyətdən çıxacaq”, - deyə dövlət başçısı bildirib.
O, vurğulayıb ki, ilin yekununda qeydə alınan 225 milyard dollarlıq ixrac göstəricisi Türkiyənin doğru yolda olduğunu nümayiş etdirir.

(Qaynarinfo.az)