SON XƏBƏR

Ərdoğan Türkiyənin İsrailə girə biləcəyi ilə hədələdi

İyul 29
11:46 2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü deyib ki, Türkiyə keçmişdə Liviyada etdiyi kimi İsrailə müdaxilə edə bilər. Lakin o, hansı formada müdaxilə təklif etdiyini açıqlamayıb.

Qaynarinfo xəbər verir ki, Ərdoğanın bəyanatını Reuters agentliyi yayıb.

İsrailin Qəzza zolağına hücumunu açıq şəkildə tənqid edən Ərdoğan Türkiyənin müdafiə sənayesini tərifləyərkən mövzuya toxunub.

"Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinlə bu mənasız işləri görməsin. Biz Liviyaya girdiyimiz kimi, onlarla da eyni şeyi edə bilərik", - Ərdoğan məmləkəti Rizedə Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

"Bizim bunu edə bilməməyimiz üçün heç bir səbəb yoxdur... Bu addımları atmaq üçün güclü olmalıyıq", - Ərdoğan əlavə edib.

Qeyd edək ki, prezident Ərdoğan 2020-ci ildə Türkiyə Liviyanın BMT tərəfindən tanınan Milli Birlik Hökumətinə dəstək olaraq Liviyaya qoşun göndərib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook