SON XƏBƏR

Ərdoğan və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Fevral 06
15:27 2024
Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtda Türkiyəyə gələcək.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
 
Türkiyəli nazir Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: "Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.

"Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - nazir söyləyib.

Qeyd edək ki, V.Putinin fevralın 12-də Türkiyəyə səfər edəcək. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook