SON XƏBƏR

“Ərdoğana söz vermişdim” – "Avstriya üzərində qələbədən sonra..."

İyul 04
12:50 2024
Türkiyə Futbol Federasiyasının Prezidenti Mehmet Büyükekşi futbol üzrə Avropa çempionatının son 16 turu çərçivəsində Avstriya üzərindəki qələbədən sonra bir sıra açıqlamalar verib.

"AzPolitika” xəbər verir ki, TFF başqanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş əsnasında Avstriyanı məğlub edəcəklərinə dair söz verdiyini deyib:"Ötən cümə günü İstanbulda prezidentimizlə görüşümüzdə Avstriyanı məğlub edəcəyimizlə bağlı söz vermişdim. Avstriya üzərində qələbədən sonra prezidentimiz zəng edərək komandamızı təbrik etdi. Bu zaman ona verdiyim sözü xatırlatdım və dedim ki, sizə verdiyimiz sözü tutduq”.

M. Büyükekşi Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçenzo Montella ilə arasında keçən maraqlı dialoqdan da danışıb:"Matç bitər-bitməz paltardəyişmə otağına getdim oyuncuları qucaqlayıb, təbrik etdim. Sonda Montella ilə görüşüb, onu da təbrik etdim. Bu zaman əyilib qulağıma dedi ki, "bu qələbəni türk millətinə və sizə bəxş edirik”.  Məşqçimiz matçdan öncə heç kimlə görüşmür. Ailəsi ilə belə görüşmür, bütün diqqətini oyuna verir. Mən Avstriya matçından əvvəl uğurlar arzulamaq üçün Montella ilə görüşdüm. Bu zaman mənə "narahat olma prezident, onları öz silahları ilə vuracağıq” dedi. Şükürlər olsun ki, mühüm bir uğura imza atdılar və hamımızı s


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook