SON XƏBƏR

“Əri necə öldürməli” əsərinin müəllifi ərini öldürdü

Sentyabr 13
01:43 2018
Amerikalı yazıçı, məhəbbət romanlarının müəllifi olan Nensi Krempton Brofi ərinin qətlində şübhəli bilinir.

Virtualaz.org "İzvestiya” nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı Deniel Brofi iyunun 2-də Oreqon kulinar institutunun mətbəxində güllələnib. Kişi həmin məktəbdə müəllim işləyirmiş.

Qətldən sonrakı gün yazıçı qadın özünün "Facebook” səhifəsində yazıb: "Acı xəbər. Ərim və ən yaxın dostum dünən səhər öldürülüb. Baş verənlərdən baş çıxarmaq mənimçün çətindir”.

Mənbə bildirir ki, 2011-ci ildə Brofi "Əri necə öldürməli” adlı vəsait yazıb və həmin əsər "See Jane Publish” saytında yerləşdirilib. Vəsaitdə ərin öldürülməsi üçün mümkün motivlər və silah növlərinin təsviri əksini tapıb. Hazırda həmin vəsait saytdan silinib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook