Erkin Qədirli: "AŞPA biabırçı haqsızlıq etdi”
Yanvar 26
18:09
2024
"Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var. Nə desəm, qərəz yaranacaq. Amma demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da ən fəal nümayəndə heyətlərindən biridir. Fəallıq reytinqində Azərbaycan 3-cü yerdə idi. Qərarın bizdən qaynaqlanan və bizdən qaynaqlanmayan səbəbləri var. İnsan haqları, demokratiya və s. məqamlar var. Oktyabr ayında qəbul ediln qətnamədə Azərbaycana həyasızcasına böhtan atılıb. Etnik təmizləmə, Laçın dəhlizini bağlamaq, dini azadlığa qədər çeşidli böhtanlar atılıb”.
O bildirib ki, millət vəkili kimi hər zaman seçki, siyasi məhbuslar və s. barədə məsələləri həm komitə iclaslarında, həm də AŞPA-da səsləndirib:
"Bu məsələlərə görə nəinki Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dayandırmaq, Azərbaycanı üzvlükdən də çıxara bilərdilər. Bunun üçün kifayət qədər əsas var idi. Əsas məsələ zamanla bağlıdır. Niyə qərar məhz indi verildi? Birincisi, qərarın Qarabağda əldə olunan qələbə ilə əlaqədar olması doğrudur. AŞPA-da bu qələbəni həzm edə bilməyənlər çoxdur. Qarabağda ermənilər yaşadığı müddətdə qələbəyə dözümlü yanaşırdılar. Hətta rus sülhməramlılarının gəlişini alqışlayanlar var idi. Onlar Cənubi Qafqazdakı məsələlərdə Rusiya ilə əlbirdirlər. Sentyabrda keçirilən anti-terror tədbirləri, ardınca ermənilərin Qarabağı tərk etmək qərarını həzm edə bilmədilər. Bu onların iç üzünü göstərdi. Ötən il iki qətnamə qəbul edildi. Öncə Laçın dəhlizi, daha sonra Ağdam yolu ilə bağlı ittihamlar səsləndi. Heç bir haqlı arqumentimizi qəbul etmirdilər. İkinci biabırçı qətnaməyə 60-dan çox düzəliş verdik”.
E.Qədirli qeyd edib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkisi ilə bağlıdır: