SON XƏBƏR

Erməni baş yepiskop Türkiyənin hərbi əməliyyatlarına uğur dilədi

Oktyabr 12
10:50 2019
Türkiyə Erməni Patriarxlığının baş yepiskopu Saha Maşalyan "Barış pınarı” hərəkatına dəstək verdiyini bildirib. 

Qaynarinfo hürriyet.com.tr-yə istinadən xəbər verir ki, erməni yepiskop Yaxın Şərqdə, türkiyəylə sərhəd ərazilərdə, xüsusən də Suriyada davam edən müharibə və xaosun hər kəsi narahat etdiyini deyib: 

"Təəssüf ki, sülhün bərqərar olması həmişə dinc yollarla başa gəlmir. Terrorizmə son qoymağı və ölkənin sərhədlərinin təhlükəsizliyini təmin etməyi hədəfləyən əməliyyatın məqsədinə uyğun şəkildə davam etməsini və ən qısa müddətdə sülh və təhlükəsizliyin bərqərar olmasını diləyirik ”.

Maşalyan fikirlərini belə davam etdirib:

"Kilsələrimizdə edilən ayinlərin xətmində Türkiyə Respublikası dövlətinin davamlılığı və ordusu üçün daim dua edilir. Ordumuzun Suriyanın "Barış pınarı” əməliyyatının dinc məqsədlərinə çatması və əsgər oğullarımızın vəzifələrini müvəffəqiyyətlə yerinə yetirərək vətənimizə dönmələri üçün hər ayində təkrarladığımız sağlıq dualarımızı yeniləyirik. Rəbbimiz rəhbərlərimizə və komandirlərimizə hikmət, mərhəmət və sağlam düşüncə ruhu ilə ilham versin. Hər cür zülm, terror, ədalətsizlik, işgəncə və mühacirətə məruz qalan Suriya xalqları indi ədalətli barışa layiqdirlər. Uca Allaha yalvarırıq ki, ədalətə, barışa və yaxşı günlərə inamını itirmədən daha parlaq bir gələcəyə ümid edə bilsinlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook