Erməni idmançının qolu qırıldı - Video
Avqust 11
15:11
2016
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında ağır atletika yarışları davam edir.
Qlobal.az Vizual.Az-a istinadən xəbər verir ki, yarışda Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan 195 kq ağırlığında ştanqanı qaldırmağa çalışanda uğursuzluğa düçar olub. Qolu dirsəkdən çıxan və sınan 20 yaşlı erməni atlet qışqıraraq ağlayıb.
Karapetyan bu yarışların favoriti sayılırdı və onun Ermənistan yığmasına ilk qızıl medalı qaxandıracağı ehtimal olunurdu.
Qeyd edək ki, bu yarışlarda Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov 77 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub. Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd İlhab Yusifi geridə qoyub.
Qlobal.az