SON XƏBƏR

Erməni şovinistlər Bağanis-Ayrım kəndinə toplanıb - Paşinyanın növbəti oyunu...

Aprel 13
18:30 2024
Ermənistanda Rusiyanın və Fransanın "beşinci kolonu”na daxil olan qüvvələr birləşərək Paşinyandan Azərbaycanın işğaldakı kəndlərini geri qaytarmamağı tələb edir. Bunun vaxt qazanmaq istəyən Paşinyanın növbəti oyunu olduğu da istisna edilmir.

Xatırladaq ki, ötən ay Baş nazir Nikol Paşinyan Qazaxın işğalda olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Ermənistana aid olmadığını və geri qaytarılmalı olduqlarını bildirib. Onun sözlərinə görə, həmin kəndlər de-yure Ermənistan ərazisində yerləşmir.

Bu gün Bağanis-Ayrım kəndinə gələn şovinist erməni deputatlar, ictimai-siyasi xadimlər, erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan ərazilərimizə məskunlaşdırılmış erməniləri aksiya keçirməyə təhrik ediblər.

Bundan əvvəl ehtiyatda olan polkovnik, Rusiyanın "adamı" kimi tanınan Mihran Mahsudyan bəyanat yayaraq deyib: "Vətənlərini itirmək istəməyən bütün zabitləri "Voskepar” (Bağanis-Ayrım- red) xalqına dəstək olmağa çağırıram. Bu, millətin varlığı məsələsidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook