SON XƏBƏR

Erməni texnikasını 100 km-dən məhv edəcək yeni silahımız - “Zərbə KH” PUA

Aprel 20
10:10 2017
Müdafiə Sənayesi Nazirliyi ötən ilin sentyabr ayında ictimaiyyətə təqdim etdiyi "Zərbə” pilotsuz uçuş aparatının qəlpəli-fuqas döyüş başlığına malik versiyasının ilk partiyasını sifarişçiyə təhvil verib. Ötən həftə Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov qeyd edib ki, 100 kilometr döyüş radiusuna malik kumulyativ döyüş başlığına sahib "Zərbə KH” adlı yeni versiyanın yaradılması istiqamətində işlərə başlanıb.

Bəs kumulyativ döyüş başlığına malik "Zərbə” PUA-lar Azərbaycan Ordusuna hansı imkanları qazandıracaq?

Bununla bağlı "AzeriDefence”nin sualını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilov qeyd edib ki, adi "Zərbə” pilotsuz uçuş aparatlarından (PUA) fərqli olaraq lar, indi tək düşmənin canlı qüvvəsi və yüngül zirehli texnikası ilə yox, həm də ağır texnikası ilə savaşda əvəzsiz rol oynayacaq.

"Əsasən bu tip sursatların Azərbaycanda istehsalını yüksək qiymətləndirirəm. Çünki, postsovet məkanında istehsalı bir yana qoysaq, bir çox respublikaların arsenalında belə sursatlar yoxdur”, – deyə A. Əbilov vurğulayıb.
 


"Zərbə” pilotsuz uçuş aparatı


Hərbi ekspert qeyd edib ki, "Zərbə KH” PUA, həm düşmənin texnikasını uzaq məsafədən, döyüş meydanına daxil olmadan sıradan çıxaracaq:

"Bu bilavasitə düşmənin texnikası ilə üzbəüz rastlaşan şəxsi heyət üçün daha da təhlükəsiz olacaq. İnsan və texnika qarşılaşmasını PUA-lar əvəzləyəcək. Gələcək perspektivdə yəqin ki belə aparatların xarici dövlətlərə ixrac olunması da planlaşdırılır. Bu isə Azərbaycanın müdafiə sənayesinin durmadan irəlilədiyini və ölkəyə yeni bir sahədə – müdafiə sənayesi sahəsində maliyyə daxilolmalarını artıracaqdır. Aprel döyüşləri zamanı bu tip PUA-lar düşmənə ağır zərbələr vuraraq, onun şəxsi heyətini və yüngül texnikasını sıradan cıxardı”.

Yaxın gələcəkdə bu kimi "gəzən sursatlar”ın perspektivinin böyük olduğunu vurğulayan hərbi ekspert qeyd edib ki, hazırda dünya savaş texnologiyalarında insan faktorunun azadılması tendensiyası yüksəkdir: "Bu həm də şəxsi heyətin maksimum döyüş itkilərinin azaldılması perspektividir. "Zərbə PUA-ları da bu tip tendensiyaların içində yer alır. Məsələn bir tank və başqa zirehli texnikanı görünən məsafədən atəşlə məhf edə biləcək döyüşçü bir çox təhlükələrə məruz qalır. Lakin "gəzən sursat”lar belə problemləri aradan qaldırır”.
 


İlham Əliyev PUA ilə tanış olur (2016-cı il) 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook