SON XƏBƏR

Ermənilər Rəşidə Behbudovaya hücum etdi – FOTO

İyul 24
01:06 2019
Əfsanəvi azərbaycanlı müğənni Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Behbudova özünün sosial şəbəkə hesabında ermənilərin ünvanına sərt ifadələr səsləndirib.

Rəşidə xanımın sözügedən paylaşımı ermənilərin kəskin reaksiyasına səbəb olub.

Rəşidə xanımın həyat yoldaşı Kamil Şahverdinin sözlərinə görə, ermənilər sözügedən paylaşımı şikayət edərək, Feysbukdan sildirib. Həmçinin Rəşidə xanımın sosial şəbəkədəki hesabında bir sıra əməliyyatları icra etməsi bloklanıb.

Rəşidə xanımın erməniləri qıcıqlandıran rus dilində paylaşımının tərcüməsini təqdim edirik:

"Sən mənim kədərli ayıbımsan… Mən səni qaytara bilmirəm… Ordum haradadır?! Mən Azərbaycan vətəndaşıyamsa, demək, ordu mənə də aiddir. Torpağım mənim! Sən işğalçıların tüklü pəncələrində gömülməmisən. Sən mənim torpağımsan. Mənim və yalnız mənim! Dünya niyə bu qədər qəddardır?! Bizim ruhumuzun sevimli Azərbaycan ənənələrini ermənilərin ayağına yazan nədir? Siz kimsiniz? Kimsiniz axı? Njdenin nəvələri… Siz kimsiniz axı, faşistlərin toxumu?! Sizin heç şərəfiniz də yoxdur… yoxdur! Şərəfli millət, insanlar başqasının dəyərlərini heç vaxt mənimsəməz. Bu şüurun itirilməsidir. Natamamlıq və öz kökünə şübhədir. Siz mağaradan çoxdan çıxmışınız, ancaq hələ də müasir dünya sivilizasiyasında özünüzə yer tuta bilməmisiniz. "Xalqın fəxri” – Kim Kardaşyandır, siz ona pərəstiş edirsiniz, çünki başqa kimsəniz yoxdur… Ayıbdır! Siz hətta sizi kimin yaratdığını da bilmirsiniz. Ona görə də bütün dünyada bütün xalqların arxasınca qaçır, onların xırdalıqlarına qədər oğurlayırsınız. Bunlar sizdə heç vaxt olmayıb və olmayacaq da. Siz Efiopiya xalqının əlifbasını oğurladınız! Efiopiyanın qədim xalqının! Bu ölkənin professorları dəhşət içində təsdiqlədilər ki, bu onların qədim əlifbasıdır. XX və XXI əsrin vəbaları, sizinlə nə edək?! Siz dünya xalqlarının etnik dəyərlərini oğurlayırsınız. Siz oğurlayırsınız. Sizin şərəfiniz haradadır? Naməlum millət, siz hardan peyda olmusuz? Qafqazlı? Niyə xristiansınız! Pravoslav musiqisi əvəzinə niyə Azərbaycan musiqisi səsləndirirsiniz? Sizdə xristianlıqdan əsər-əlamət yoxdur! Nə istəyirsiniz?! Torpaqlarımızı sülh yolu ilə qaytarın! Heç kimin qanını tökmədən… qaytarın… Yoxsa elə müharibə başlayacaq ki, II Dünya müharibəsi sizə sevimli ORT-nizdə yayımlanan Malışevin verilişi kimi gələcək. Öz çirkli pəncələrinizi Qarabağdan çəkin! Boğazınızda qalacaq! Torpaqları qaytarmayacaqsınız! Qondarma millət kimi yox olacaqsınız… Dünya tarixindən silinəcəksiniz… Ancaq Qarabağı qaytarmayacaqsınız… oğurladığınızı qaytarmayacaqsınız! Çürük balıq, iyrənc ərik sortları və sonsuz Azərbaycan musiqisi! Yemək! Geyim! Həyat tərzi! İncəsənət! Mədəniyyət! Xalçalar! Tarix! Musiqi! Mahnılar! Rəqslər! Hətta dolma… Sizin alçalmağınızın pyesidir… Sözlər, soyadların, adların kökü! Bakı! Bütün Azərbaycan ermənilərin toxumları tərəfindən zəbt olunub. Naməlum, qondarma erməni milləti üçün həddən artıq deyilmi? Yetər! Yox olun torpaqlarımızdan! Buradan rədd olacaqsınız! Həll olacaqsınız! Azərbaycan xalqının şüurundan silinəcəksiniz! Bu mütləq olacaq! Öz dəli Paşinyanınızla xoruzlanmayın! O, qaranlığa qərq olacaq və bu dövlətin tarixində heç kim onu xatırlamayacaq! O, "Böyük erməni xalqı”nın zülmətində yox olacaq uyğun bir əlaltıdır! Ona görə də Rusiyanın arxasında gizlənməyə son qoyun! Bəsdir… Vəziyyət çox ciddidir.

Bəs siz? Mənim həmvətənlərim?! Doğurdan 30 il içində Qarabağ sevginiz yox oldu? Siz bu torpaqların sizin olmadığı fikrinə öyrəşdiniz! Alçaq ermənilər və erməniyönlü siyasətçilər bu torpaqların artıq sizin olmadığı fikrini sizin beyninizə yeridiblər? Doğrudur? Yaşayın yaşadığınız kimi və hər şeyi unudun. Baş verən hər şeyi… qanı… cəsədləri… şəhidləri… anaların fəryadını… Xocalını… 20 Yanvarı… Unutduğunuz kimi unudun…” (kult.az)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook