Ermənilər rus kilsəsini “erməniləşdirdi” – Gəncəliyev
Noyabr 16
11:03
2020
Ermənilər 1992-ci ildə Şuşanı işğal etdikdən sonra orada olan rus pravoslav kilsəsini erməni kilsəsinə çevirdilər.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ regionunun Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev yazıb.
Onun sözlərinə görə, Şuşada yerləşən qədim "Mamayi” məscidindən uzun müddət kilsə kimi istifadə olunub. Orada xristian dininin ayinləri yerinə yetirilib.
"Ermənistan özünü dünyada "ilk xristian ölkəsi” kimi göstərməyə çalışır. Özünü belə hesab edən ölkə üçün məscidləri və kilsələri dağıtmaq yaraşırmı? Azərbaycan müxtəlif dini icmalara, o cümlədən erməni icmalarına aid dini abidələri qoruyur. Ermənilər isə işğal etdiyi torpaqlarda bizim qədim məscidlərimizi, qəbiristanlıqlarımızı, ibadət yerlərimizi dağıdıblar. Dini icmaların başçıları bu vandalizm aktlarına reaksiya verməlidirlər”, - o qeyd edib.