Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür
Avqust 28
04:35
2023
Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 31 il ötür.
Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.
Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.
Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq.
Aşağıdakı siyahıda onların adları yer alıb:
Azyaşlı uşaqlar
1.Hümbətov Elçin Vəzir oğlu. 1980. 12 yaş
2.Hümbətov Bəxtiyar Vəzir oğlu. 1982.10 yaş
3.Hümbətov İsmayıl Vəzir oğlu 1984. 8 yaş
4.Hümbətov Nəvadi Vəzir oğlu 1986.6 yaş
5.Hümbətova Gülnar Vəzir qızı 1988.4 yaş
6.Hümbətov Canpolad Vəzir oğlu 1992.6 ay
Qadınlar
1. Abdullayeva Səadət Abdulla qızı. 1973.19 yaş
2. Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı. 1935.57 yaş
3. Mehdiyeva Ayna Hümbət qızı. 1967. 25 yaş
4. Mehdiyeva Bəyim Aydın qızı. 1959. 33 yaş
5. Mehdiyeva Gülayə Əli qızı.1925. 67 yaş
6. Mehdiyeva Süraya Məhəmməd qızı.1956. 36 yaş
7. Kalbalıyeva Nubar Muradxan qızı. 1952. 40 yaş
8. Vəliyeva Zeynab Hüseyin qızı 1899. 93 yaş
9. Alməmmədova Minaya Əbilqasım qızı. 1930. 62 yaş
10. Alməmmədova Zeynəb Şəmil qızı. 1972. 20 yaş
11. Alməmmədova Kəmalə Şəmil qızı. 1976.16 yaş
12. Hümbətova Hürzaman Qara qızı. 1959. 33 yaş
13. Hümbətova Gülnar Vəzir qızı. 1988. 4 yaş
Qocalar
1. Abdullayev Abdulla Bədəl oğlu. 1934.58 yaş
2. Mehdiyev Hümbət Əbulqasım oğlu. 1930. 62 yaş
3. Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı. 1935. 57 yaş
4. Mehdiyeva Gülayə Əli qızı. 1925. 67 yaş
5. Vəliyeva Zeynab Hüseyin qızı. 1899. 93 yaş
6. Alməmmədova Minaya Əbilqasım qızı