SON XƏBƏR

Ermənilərin Azərbaycana vurduğu ziyan: 1 trilyon - Ödətdirə biləcəyikmi?

Noyabr 17
11:53 2020
"Kəlbəcərdə son baş verənləri qiymətləndirsək və iki ilin itkilərini ümumidaxili məhsul və iqtisadi zərərləri də hesablasaq 1 trilyon dollar olur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun fikrincə, Kəlbəcərə dəyən ziyanı hesablamaq çətindir:

"Kəlbəcərə dəyən ziyan təkcə bu günlərdə baş verən hadisələrdən deyil. Kəlbəcərin böyük qızıl yatağı istismar olunub. Ondan əlavə Kəlbəcərin yerli əhalisi azərbaycanlılar olub. Onların qoyub çıxdıqları əmlak istismar olunub, bu gün də dağıdılmaqda davam edir. Orda infrastruktur məhv olub. Təbii flora və fauna məhv edilib və bu gün də prosesi davam etdirirlər. Bunu hesablamaq o qədər də asan məsələ deyil. Həmin vaxtlar Söyüdlünün özünün qiymətləndirilən 130 ton qızıl ehtiyatı vardı. Nə qədər hissəsi istismar olunub. Bugünkü qiymətlərlə hesablasaq, təkcə Söyüdlü yatağında 8 milyard dollar dəyərində qızıl ehtiyatı olmalıdır. Mən prosesi belə görürəm, razılaşmanı pozdular. Eyni zamanda razılaşmanın pozula bilən olduğunu göstərdilər. İkincisi, orada baş verənlərə sülhməramlılar nəzarət etməlidir. Görünür, sülhməramlılar da öz funksiyasını yerinə yetirmirlər, buna şərait yaradırlar. Halbuki bu, danışıqlarda əksini tapmalı idi. Amma tapmayıb, yaxud da tapıb, sadəcə, göz yumurlar”. 

Rəşad Həsənov qeyd edir ki, istəlinən halda hər kəs etdiyi hərəkətə görə cavab verməlidir:

"Bu gün baş verənlər müharibə cinayətidir. Xüsusu ilə də ekologiya, təbiətə vurulan zərər daha dəhşətli hadisələrə gətirib çıxardır. Təbii ki, biz təzminat davaları açmalıyıq, iddiaları ortaya qoymalıyıq. Amma Kəlbəcərdə olanlardan iki il əvvəl qiymətləndirmələrə görə zərərimiz 820 milyard dollar idi. Son baş verənləri də qiymətləndirsək və iki ilin itkilərini ümumidaxili məhsul və iqtisadi zərərləri də hesablasaq 1 trilyon dollar olur. Ermənistanın real gücü varmı ki, dəyən zərəri ödəməyə? Biz bu günə kimi dəyən zərəri ödətdirə biləcəyikmi? Bu gün məsələlərə gerçəklikdən baxanda, itirdiklərimizi bərpa edəndə çox çətinliklə üzləşəcəyik. Ona görə daha yaxşı olar ki, bu gün aidiyyatı qurumlar hərəkətə keçib sülhməramlılardan bu kimi hərəkətlərin qarşısının alınması ilə bağlı onların qarşısında ciddi tələblər qoysunlar. Bu, daha yaxşı variantdır”.

Rəşad Həsənov bildirib ki, Azərbaycana dəyən ziyan ödənməlidir:

"Onlar cəzalarını çəkəcəklər. Amma bundan da yaxşısı indi dağıdılanlara anında müdaxilə etməkdir. Ermənistan qanunsuz şəkildə 30 ildir istismarla məşğuldur, hələ bu gün də qızıl yatağından texnologiyanı da söküb aparır. Bu gün hələ kilsədəki qədim ornamentləri də söküb aparırlar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook