Ermənipərəst senator Yuri Kim vəzifəsindən məhrum oldu
Oktyabr 05
14:27
2023
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, senator Yuri Kim vəzifəsindən məhrum olub.
ABŞ Konqresinin Senatı iclasında bu təyinatı təsdiqləyib.
Xatırladaq ki, Yuri Kim öz ermənipərəst mövqeyi ilə tanınır, son zamanlar isə onun Azərbaycana qarşı yönəlmiş kəskin fikirləri çoxalıb. Rəsmi Bakı bununla əlaqədar olaraq dəfələrlə narazılığını bildirib.
Trend xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu vəzifə üçün Dövlət Departamentinin sanksiya siyasətinin keçmiş koordinatoru Ceyms O'Brayeni təklif edib.
O'Brayenin namizədliyinin lehinə 67, əleyhinə isə 31 senator səs verib.