“Ermənistan dünyanın siyasi xəritəsindən yavaş-yavaş silinir” – Karen Mirzoyan
Aprel 13
11:45
2024
"Bu gün Ermənistan nəinki hansısa danışıqlar prosesinin subyekti statusunu itirib, danışıqlar obyektinə çevrilib. Buna paralel olaraq məndə belə bir təəssürat yaranır ki, Ermənistan yavaş-yavaş dünyanın siyasi xəritəsindən yoxa çıxır”.
"AzPolitika” xəbər verir ki, bunu Qarabağda ötən il ləğv olunmuş qondarma rejimin təmsiçilərindən olmuş Karen Mirzoyan erməni mediasına deyib.
"Ermənistanın Baş naziri öz bəyanatları ilə bir daha sübut etdi ki, o, son illərdə danışıqlar prosesinin sənədləri ilə tanış olmaq imkanı əldə edib. Lakin həmin sənədlərdəki fikirlərin məzmununu və məqsədini anlaya bilməyib” – deyə, o, əlavə edib.