"Ermənistan İkinci Qarabağ müharibəsində mülki əhalini hədəfə alıb" - Müdafiə Nazirliyinin rəsmisi
Dekabr 20
10:44
2024
Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub və mülki əhalini hədəfə alıb.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, Gəncə və Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə ciddi ziyan vurulub: "Gəncədə Ermənistanın raket hücumu nəticəsində 175 nəfər yaralanıb.
Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 29 nəfər həlak olub. 19 nəfər kişi, səkkiz nəfər qadın, iki nəfər isə uşaq olub. 112 nəfər isə yaralanıb, 71 kişi, 26 qadın, 15 uşaq ciddi xəsarət alıb. Bunların hamısı faktlardır”.