Ermənistan KTMT çərçivəsində növbəti görüşdə də iştirak etməyəcək
Dekabr 05
14:48
2023
Ermənistan parlamentinin rəhbəri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskvada keçiriləcək iclasda iştirak etməyəcək. Tədbir dekabrın 19-da Rusiya Federasiyasının paytaxtında baş tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "News Armenia” məlumat yayıb.
"Ermənistan Milli Assambleyasının rəhbəri Alen Simonyan dekabrın 19-da Moskvada keçiriləcək KTMT Parlament Assambleyası Şurasının iclasında iştirak etməyəcək", deyə Ermənistan parlamentinin rəhbərinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
Görüşdə Ermənistan Milli Assambleyasının nümayəndə heyətinin də iştirak etməyəcəyi qeyd olunur.
"Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinə rəsmi məktubla Moskvaya getməmək qərarı barədə məlumat verib”, deyə Xaçatryan qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə baş tutan KTMT sammitin getməyib. KTMT Şurasının iclasından əvvəl KTMT ölkələrinin xarici işlər və müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin iştirakı ilə keçirilən iclaslarda da Ermənistan rəsmiləri iştirak etməyib.