SON XƏBƏR

Ermənistan KTMT-yə üzvlük haqqı ödəməkdən imtina edib

İyun 10
12:34 2024
"Ermənistan rəhbərliyi üzvlük haqqını ödəməkdən imtina etdiyi üçün KTMT-nin cari ilin büdcəsinə düzəlişlər etmək lazımdır”.

"AzPoilitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi hazırlanır. Bildirilir ki, rüsumların üzvlər arasında yenidən bölüşdürülməsindən söhbət gedə bilməz.

Xarici İşlər Nazirliyi KTMT Katibliyi və KTMT-nin Birləşmiş Qərargahının xərcləri azaltdığını ilk növbədə, İrəvanın öz əməkdaşlarını müvafiq strukturlardakı kvota vəzifələrindən geri çağırması və ya təyin etməməsi ilə izah edib.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi təşkilatın işinin normal şəkildə davam edəcəyini qeyd edib.

Mayın əvvəlində rəsmi İrəvan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsini dayandırdığını bəyan edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan edib ki, İrəvan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli "KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinmək niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook