Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək
İyul 18
10:57
2024
Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bir qədər əvvəl ekspertlər Ermənistan, Moldova, Ukrayna və Balkan ölkələri ilə ABŞ arasında Silahlı Qüvvələrin Rusiya modelindən çıxarılaraq Amerika standartlarına uyğunlaşdırılması istiqamətində məsləhətləşmələr aparıldığı barədə açıqlama veriblər.
APA-nın məlumatına görə, bu barədə "Hetk” jurnalist araşdırmaları portalı xəbər yayıb. ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ kimi dəyərləndirib.