SON XƏBƏR

Ermənistan Müdafiə Nazirliyi hərbi sifarişləri artırır

Aprel 15
21:33 2024
Hərbi-sənaye kompleksinə cəlb olunan yerli şirkətlər Ermənistan Müdafiə Nazirliyindən 122 milyard dram (300 milyon dollardan çox - red.) məbləğində sifarişlər alıb.

"AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə aprelin 15-də mətbuat konfransında Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan bildirib.

"İlin sonuna qədər bu rəqəmin 191 milyard drama (477 milyon dollardan çox - red.) çatacağını gözləyirik. 25 şirkət Müdafiə Nazirliyindən sifariş alıb. İlin sonuna qədər bu rəqəmin 29-a yüksələcəyini gözləyirik”, - o əlavə edib.

Nazir bildirib ki, hazırda 3 il müddətinə 46 saziş imzalanıb. Ayrapetyan qeyd edib ki, Ermənistanın Hərbi-Sənaye Komitəsinin məqsədi şirkətlər üçün cəlbedici şərait yaratmaqdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook