Ermənistan parlamenti Putinin həbsini tələb edən qanunun ratifikasiyasını müzakirə edəcək
Sentyabr 26
13:11
2023
Ermənistan parlamentinin komissiyErmənistan parlamentinin müvafiq komissiyası 28 sentyabrda Roma Statutunun ratifikasiyasını müzakirə edəcək.
APA xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.
Qeyd olunub ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında keçiriləcək müzakirələrdən sonra sənədin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.