SON XƏBƏR

Ermənistan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olur – Ceyhun Bayramov

Sentyabr 13
17:19 2023
Azərbaycan Qarabağ ermənilərinin ölkə konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına zəmanət verir, lakin Ermənistan iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov sentyabrən 13-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışında bildirib.

Bayramov 30 ilə yaxın Ermənistan işğalı nəticəsində fundamental hüquqları pozulmuş vətəndaşlarımızın öz yurdlarına layiqli qayıdışının təmini, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tərəfimizdən əməli addımların atıldığını diqqətə çatdırıb.

Nazir münaqişənin bitməsinə baxmayaraq, bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısında bir sıra çağırışların, o cümlədən Ermənistan tərəfindən hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqlarının inkar olunması, Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulmasının dayandığını vurğulayıb. Sözügedən istiqamətlərin insan hüquqları sahəsi ilə üzvi bağlantısını nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən xüsusi prosedurların müvafiq mandatarlarının bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.

Çıxış zamanı həmçinin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinin hər zamankından daha müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook