SON XƏBƏR

Ermənistan "Sputnik"in yayımına qoyduğu qadağanı ləğv etdi

Yanvar 23
15:04 2024
Ermənistan Teleradio Komissiyası "Sputnik” radiostansiyasının təkrar yayımını həyata keçirən "Tospa” şirkətinin yayım qadağasını ləğv etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

"Yanvarın 25-dən "Sputnik Ermənistan” radiosunun yayımı bərpa olunacaq”, deyə məlumatda bildirilir.

Komissiyanın rəhbəri Tiqran Akopyanın sözlərinə görə, şirkət yayımın bərpası üçün minimum tələbləri yerinə yetirib.

2023-cü ilin dekabrında Ermənistanın Televiziya və Radio Yayımları üzrə Milli Komissiyasının "Sputnik Ermənistan" radiosunun yayım lisenziyasını 30 gün müddətinə dayandırdığı xəbəri yayılıb. Qərarın "Tiqran Keosayanla cümə” proqramı ilə bağlı olduğu aydınlaşıb. Onun son epizodu dekabrın 15-də yayımlanıb.

2023-cü ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi pozmaqda ittiham edib. Sonradan Ermənistan Rusiya telekanallarının bu cür razılaşmaları pozduğuna dair sənədli sübut təqdim etməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook